Xəbər lenti

Əhmədinejatın həbs xəbəri ilə bağlı - rəsmi açıqlama
Ölkə 20:25 02.05.2013

Əhmədinejatın həbs xəbəri ilə bağlı - rəsmi açıqlama

İranın Azərbaycandakı səfirliyi Prezident Mahmud Əhmədinejadın həbs olunması ilə bağlı məlumatı "qərbin uydurması" hesab edir.

Diplomatik idarədən SalamNews-a verilən məlumatda deyilir ki, bu xəbər əsassızdır. Prezidentin həbs olunması ilə bağlı məlumat Qərbin uydurmasından başqa bir şey deyil.

Xatırladaq ki, "Guardian Express" qəzeti prezidentin ötən bazar ertəsi İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK) tərəfindən həbs olunması barədə məlumat dərc edib. Məlumata əsasən, prezidentin korteji İİİKK əməkdaşları tərəfindən saxlanılıb və prezident iradəsinə zidd olaraq korpusun rəhbəri Şəfi Hüseyn Tayibin yanına aparılıb.

Məqalədə iddia olunur ki, aprelin 29-da Xameneinin şəxsi mühafizəsinin rəisi vacib işlə əlaqədar olaraq onu ayətullahın yanına çağırmaq üçün Əhmədinajadın yanına gəlib. Yolda prezident mühafizəsinin maşınları İİKK avtomobilləri tərəfindən sıxışdırılıb. Dövlət başçısı korpusa məxsus gizli obyektə aparılıb.

Burada prezidentin mühafizəçiləri tərk silah edilib. Həmçinin onların əllərindən bütün rabitə vasitələri alınıb. Əhmədinejadı, guya, İİKK kəşfiyyat rəisi Hüseyn Tayibin olduğu otağa güc tətbiq etməklə aparıblar. Orada onu şəxsən Tayib, Xameneinin şəxsi kəşfiyyat rəisi Azqar Hecazi, baş prokuror Qulam-Hüseyn Mohseni Ecei və Ali liderin oğlu Mojtaba bir neçə saat ərzində dindiriblər.

"World Net Daily"in məlumatına əsasən, prezident səlahiyyətlərinin başa çatacağı müddətə qədər Əhmədinejada ultimatum verilib. Ondan həmçinin dini rəhbərliyi tənqiddən imtina etmək tələb olunub. Paralel olaraq bütün ölkədə İİKK zabitləri onun tərəfdaşlarını həbs ediblər. WDN-nin məlumatına əsasən, prezidenti yalnız 7 saat sonra (yerli vaxtla saat 11:45-də) azad ediblər.

Bu məqalə digər mənbələrdən təsdiqini almayıb. Ancaq məlumdur ki, seçkilər ərəfəsində iki düşərgə tərəfdaşları arasında mübarizə sərtləşib. Əhmədinajed onun dəftərxanasının rəisi Esfendiyar Rahim Maşainin namizədliyinin MSK tərəfindən qeydə alınmasını tələb edir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->