Xəbər lenti

Əkrəm İmamoğlu səs verdi:
Foto 15:00 23.06.2019

Əkrəm İmamoğlu səs verdi: "Hər şey çox gözəl olacaq" (FOTOLAR)

İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi uğrunda mübarizə aparan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu səsvermədə iştirak edib.

Qaynarinfo xəbər verir ki, Əkrəm İmamoğlu həyat yoldaşı Dilək İmamoğlu və oğlu Mehmet Səlim İmamoğlu ilə Beylikdüzündəki Haldun Taner orta məktəbinə gəlib.
 
İmamoğlu ailəsi jurnalistlərin və vətəndaşların böyük diqqəti ilə üzləşib. Ə. İmamoğlu ona ünvanlanan sualları cavablandırıb:

"Bu gün təkcə bələdiyyə sədrliyinə keçirilən seçki günü deyil, həmçinin Türkiyənin demokratik inkişafının üzləşdiyi qanunsuz prosesləri təmir etmə günüdür. İstanbul xalqı demokratiya, gələcəkdə şəhərimiz və ölkəmizdə keçiriləcək digər seçkilərin qanuniliyi uğrunda səs verəcək. İstanbul əhalisi haqq, ədalət və vicdanları ilə ən doğru qərarı verəcək. Şəhərimiz və ölkəmizə xeyirli olsun. Günün sonunda hər şey çox gözəl olacaq".

Xatırladaq ki, Əkrəm İmamoğlu 31 martda baş tutan ilk seçkidə qalib gəlmiş, hətta ona mandat təqdim edilmişdi. May ayında isə İstanbul üzrə seçki nəticəsi ləğv edildi və yeni səsvermənin keçiriləcəyi açıqlandı.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->