Xəbər lenti

Eks prezident narkoman çıxdı
Dünya 11:13 22.04.2013

Eks prezident narkoman çıxdı

ABŞ-ın keçmiş prezidentlərindən olan Con Kennedinin narkotik asılılığı olduğu ilə bağlı iddialar ortaya  çıxıb. 

Qaynar.info-nun məlumatına görə, Riçard Lertzman və Uilyam Birnes tərəfindən yazılan "Dr. Fellgood" adlı kitabda bir vaxtların ən məşhur həkimlərindən olan Maks Yakobsonun Con Kennedi, Cek Kennedi, Merlin Monro kimi xəstələrinə ən təhlükəli narkotik maddələrdən hesab olunan metafetamin verdiyi bildirilib. 

Alman əsilli Maks Yakobson yaratdığı enerji və beyin fəaliyyətini artıran ağrıkəsici dərmanlar vasitəsilə məşhur şəxslərin sevimlisinə çevrilmişdi. Onun yaratdığı dərmanın formulunu araşdıran mütəxəssislər bu dərmanın əslində metamfetamin olduğunu üzə çıxarıblar. 

ABŞ Gizli Xidməti tərəfindən uzun illər saxlanılan həqiqəti ortaya çıxaran Riçard Lertzman və Uilyam Birnes Kennedinin bel ağrılarını müalicə etmək üçün istifadə etdiyi dərmanların sonralar onu narkotik asılılığına çevirdiyini iddia ediblər. 

Mayın 7-də satışa çıxarılacaq kitab indidən qalmaqallara səbəb olub.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->