Ekspert: Bakıda kirayə evlər bahalaşıb

Ekspert: Bakıda kirayə evlər bahalaşıb

Hər il yay aylarında kirayə mənzil bazarında qiymətlər ucuzlaşsa da, bu il ciddi bir qiymət enməsi müşahidə edilmir.

Qaynarinfo xəbər verir ki, iyulun əvvəllərində kirayə mənzil bazarında 15-20% qiymət azalması müşahidə edilsə də, hazırda vəziyyət dəyişib.
Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov saytımıza açıqlamasında bildirib ki, qiymət artımı iyulun sonlarından etibarən müşahidə edilir:
 


"Bazarda təklifin artması, tələbin azalması və tədris mövsümünün başa çatması ilə əlaqədar iyulun əvvəllərində kirayə mənzil bazarında cüzi ucuzlaşma müşahidə edilirdi. Ayın sonunda isə 4%-ə qədər bahalaşma qeydə alındı. Əvvəlki illərin təcrübəsinə istinad etsək, qiymətlər avqustun sonu, sentyabrın birinci yarısından etibarən artmağa başlayır. Artım 8-12% civarında baş verir. Bu müddətdə paytaxta tələbələrin axını başlayır. Qiymət artımına ikinci səbəb isə son illər kirayə bazarında təklifin azalmasıdır".

Ekspert eyni zamanda kirayə mənzil bazarındakı qiymətlərdən də danışıb:

"Qiymətlər kirayə təklif edilən mənzilin yerləşdiyi ərazidən asılı olaraq 250 manatdan başlayaraq 550-600 manata qədər dəyişir. Məsələn, şəhərin mərkəzi hissələrində 2 otaqlı mənzillərin kirayəsi 350-400 manata, 3 otaqlılar isə 500-600 manata təklif edilir. Nisbətən kənar hissələrdə isə 2 otaqlı mənzillərin qiyməti 250-300 manat, 3 otaqlılar isə 350-400 manat civarında dəyişir".
 
Nərmin Həsənli

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR