Xəbər lenti

Ekspert:
Ekonomiks 15:34 19.03.2019

Ekspert: "Prezidentin fərmanı istehlakçıların banklara etimadını geri qaytarıb"

"Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı mühüm sosial-iqtisadi yükə malikdir". 

Bunu "Report" açıqlamasında iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev deyib. 
 


"Bu fərmanla faktiki olaraq 800 mindən çox vətəndaşın devalvasiya və başqa səbəblərdən banklarla yaranan problemi öz həllini tapmış olacaq. Burada əlbəttə ki, banklar da nəzərə alınıb. Onlara 682 milyon manat məbləğində dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Eyni zamanda bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına onlara müraciətləri əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin olunacaq", - o qeyd edib. 

"Dövlət bu qərarla cəmiyyətə növbəti dəfə bir mesaj vermiş oldu: sovet dövründən qalma əmanətlər məsələsini həll etdik, bunu da həll etməyə iqtisadi potensialımız yetir".

Ekspertin fikrincə, bütün bu tədbirlər nəticə etibarı ilə bankların kapital mövqeyini möhkəmləndirəcək, onlara aktiv şəkildə kreditləşmə həyata keçirməyə imkan verəcək: "Bu isə öz növbəsində iqtisadi fəaliyyətin canlanmasına, kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə mənbələrinin səfərbər olunmasına gətirib çıxaracaq. Ölkə başçısının fərmanının banklar üçün digər mühüm təsiri onları əhalinin gözündə bir növ reabilitasiya etməsi, onlara istehlakçı etimadını geri qaytarmasıdır".

"Burada xüsusilə bir məsələni vurğulamaq istərdim. Dövlət bu qərarla cəmiyyətə növbəti dəfə bir mesaj vermiş oldu: sovet dövründən qalma əmanətlər məsələsini həll etdik, bunu da həll etməyə iqtisadi potensialımız yetir. Belə ki, ölkə başçısının dəfələrlə vurğuladığı kimi Azərbaycanın ən böyük sərvəti onun vətəndaşlarıdır və onların sosial-iqtisadi müdafiəsi və həyat səviyyəsinin davamlı artımı hər zaman əsas prioritetdir", - G.Musayev fikrini tamamlayıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->