Ekspert:

Ekspert: "SOCAR-ın Gürcüstan və Türkiyədə gəlirlərinin artması sevindirici haldır"

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.

Şirkətdən Trend-ə bildirilib ki, hesabata nüfuzlu beynəlxalq audit şirkəti "Ernst Young Holdings (CIS) B.V.” tərəfindən müsbət rəy verilib.

Hesabata əsasən, SOCAR 2019-cu ili mənfəətlə başa vurub. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 mlrd manat, xalis mənfəəti 651 mln manat, cari aktivləri 19,2 mlrd manat, cari öhdəlikləri isə 17,3 mlrd manat təşkil edib.

Ötən il üçün şirkətin uzunmüddətli aktivləri 46,2 mlrd manat, uzunmüddətli öhdəlikləri isə 23,8 mlrd manat olub.Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 mlrd manatdan çox olub, nağd pul vəsaitləri isə 7,1 mlrd manata yüksəlib.
Eyni zamanda, 2019-cu maliyyə ilində SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 mlrd manat təşkil edib.

Bildirilib ki, bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılıb.

Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb, bunun da 63,7 mlrd manatı İsveçrədəki "SOCAR Trading” və "SOCAR Energy Holding” şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb.

Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib.

SOCAR-ın maliyyə hesabatını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji səhəsi üzrə ekspert İlham Şaban xatırladıb ki, 2019-cu ili SOCAR mənfəətlə başa vurub.

"Xalis mənfəət 2018-ci illə müqayisədə 573 mln manat azalıb.Bu da ondan irəli gəlir ki, SOCAR-ın konsolidə edilmiş gəlirləri 2019-da əvvəlki illə müqayisədə 111,2 mlrd manatdan 83,75 mlrd manatadək azalıb. Azalmaya iki faktor səbəb olub: neft qiymətlərinin dünya bazarında azalması və şirkətin kapital xərclərinin artması”.

Ekspert deyir ki, SOCAR-ın gəlirləri ötən il qonşu Gürcüstan və Türkiyə bazarında artım nümayiş etdirib ki, bu da sevindirici haldır: "Türkiyədə artımın səviyyəsi iki dəfəyə yaxın olub ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə qaz satışı həcmlərinin artması və STAR neft emalı zavodunun layihə gücünə yaxınlaşması ilə əlaqədardır”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image