"Zorlanaraq 4 aylıq hamilə olduğu deyilən qızı həkimə aparıb, ekspertiza etdilər. Yayılan iddialar yanlışdır".
Bu sözləri open.az-a açıqlamasında Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov deyib.
Onun sözlərinə görə, şagird bakirədir: "Qız hazırda Bakıdadır. Heç bir zorlanmadan söhbət gedə bilməz. Yəqin bu gün Prokurorluq və Daxili İşlər Nazirliyi bu barədə rəsmi məlumat yayacaq”.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Lerikdə məmur qohumunun 13 yaşlı qızı zorlaması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bildirilib ki, "Azərişıq”ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu və sürücüsü, 25 yaşlı Elnur Elman oğlu Məmmədov qonşuluqda yaşayan 13 yaşlı qızı zorlayıb. Həmçinin qeyd olunub ki, şagird 4 aylıq hamilədir.
Şərhlər