"Əl-Cəzirə” televiziya kanalı Ağdamın işğaldan azad edilməsi ilə bağlı xüsusi reportaj hazırlayıb.
Qaynarinfo-nun məlumatına görə, kanalın Ağdama ezam olunmuş müxbiri qeyd edib ki, Ermənistan 30 ildən sonra ərazini Azərbaycana təhvil verməyə məcbur olub:
"Azərbaycan ordusu Ağdama daxil oldu. Bu ərazi təxminən 30 ildir Ermənistanın nəzarəti altında idi. 6 həftəlik döyüşlərdən sonra atəşkəs nəticəsində Ermənistan Qarabağın bu mübahisəli ərazisindən əlini çəkdi”.
Şərhlər