Video 20:32 09.09.2019

Əlahiddə Ümumqoşun Orduda yarış keçirildi (VİDEO)

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında "Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və "Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb, hərbi topoqrafiyadan normativlər qəbul olunub.

Sonra mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər.

Ən yaxşı kəşfiyyatçı-qumbaraatan adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışları icra ediblər. Yarışın əsas mərhələsindən sonra fiziki hazırlıqdan normativlər götürülüb.

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.