Xəbər lenti

Eldar Mahmudovun oğlunun əməlləri üzə çıxdı
Ölkə 15:18 24.06.2019

Eldar Mahmudovun oğlunun əməlləri üzə çıxdı

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov "Günəş” şirkətinə məxsus 732 kvadrat metrlik qeyri-yaşayış sahəsini onun rəhbərinin əlindən almaqda ittiham olunur.

Müəssisənin rəhbəri Əsgər Məmmədov A.Mahmudova qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırıb. Göstərib ki, 2008-ci ildə onların arasında bağışlanma müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Nobel prospektində yerləşən binanın iki mərtəbəsində (5-ci mərtəbədə 364, 6-cı mərtəbədə 368 kv. metr) yerləşən qeyri yaşayış sahələrini Ə.Məmmədov A.Mahmudova bağışlayır.

Ə.Məmmədov məhkəmədə bildirib ki, həmin əmlakı o dövrdə 1 milyon 600 minə satmaq istəyib. Eldar Mahmudovun oğlu isə atasının vəzifəsindən sui-istifadə edib, həmin əmlakı onun əlindən alıb, pulunu da ödəməyib. Rəsmiləşdirmək üçünsə bağışlanma müqaviləsi bağlanıb.

Ə.Məmmədov həmin müqavilənin də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən A.Mahmudovun adına verilmiş çıxarışların da ləğv olunmasını istəyib.

Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Apellyasiya Məhkəməsi isə birinci instansiyanın qərarını ləğv edib, Ə.Məmmədovun xeyrinə qərar çıxarıb. A.Mahmudovun vəkili apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə də onun şikayətini təmin edərək, aşağı instansiyanın qərarını ləğv edib. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

İkinci dəfə bu işə baxan apellyasiya məhkəməsi bu dəfə fərqli qərar çıxarıb – Ə.Məmmədovun şikayəti təmin edilməyib, A.Mahmudovun xeyrinə olan qərar qüvvədə saxlanılıb.

Mənbə: Bizimyol.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->