Mətbuatda Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərə “Hummer” markalı avtomobil hədiyyə etdiyi bildirilir. S.Əkbər Hafta.az-a açıqlamasında mediada haqqında yayılan məlumatlara münasibət bildirib. Məlumata görə, yaxın günlərdə Sülhəddin Əkbərə 50 min manatlıq “Hummer” markalı avtomobil hədiyyə olunub. Bunu Eldar Namazovun və ya Rəsul Quliyevin aldığı iddia olunur. S.Əkbər hazırda həmin markalı maşından istifadə etdiyini təsdiqləsə də, başqasının olduğunu bildirdi: “Eldar Namazovun o qədər pulu varsa, özünə maşın alsın. Onun və ya Rəsul Quliyevin mənə avtomobil alması gülünc iddiadır. Düzdür, mən hazırda “Hummer”dən istifadə edirəm. Maşını da qohumum idarə edir. Amma maşın heç onun da deyil. Bir dostundan müvəqqəti olaraq götürüb. Köhnə maşındı, qiymətini də bilmirəm”.
Qaynar.info
Şərhlər