ABŞ-ın Pensilvaniya əyalətində bir qadına 284 milyard dollar elektrik borcu gəlib.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, "Penelec" adlı şirkət Meri Horomanski adlı qadına 284 milyard dollarlıq elektrik borcu yazıb. O, internetdə borc məbləğini görərkən şoka düşdüyünü bildirib:
"Gözlərim yerindən çıxdı. Yeni il üçün işıqlar almışdıq. Düşündüm ki, yəqin onları yanlış qoşmuşuq. Borcun 2018-ci ilin oktyabr ayına qədər ödənilməli olduğu barədə xəbərdarlıqda ilk ay ödəniləcək məbləğin 28156 dollar olduğu qeyd olunmuşdu", - deyə o, bildirib.
Bundan sonra Horomanskinin oğlu şirkətlə əlaqə saxlayıb. Şirkətdən verilən məlumatda bunun texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
Çingiz
Şərhlər