Xəbər lenti

Əli Əsədov bu rayonlarla bağlı qərar imzaladı
Ekonomiks 20:59 16.10.2021

Əli Əsədov bu rayonlarla bağlı qərar imzaladı

Nazirlər Kabineti "Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 1992-ci il 3 mart tarixli 122 nömrəli, "Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 aprel tarixli 114 nömrəli və "Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2021-ci il 25 may tarixli 150 nömrəli qərarlarında dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə qərar Baş nazir Əli Əsədov imzalayıb.

"Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarına 7 nömrəli əlavə - "Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları”nda aşağıdakı dəyişikliklər edilib:

"Azərbaycanın iqtisadi rayonlarında” sözləri "Azərbaycan Respublikasının ərazisində” sözləri ilə; "İqtisadi rayonlar” sütununda "İqtisadi rayonlar” sözləri "Azərbaycan Respublikasının ərazisi üzrə:” sözləri ilə əvəz edilib.

Eyni zamanda 1-ci bənddə "Səbayel” sözü "Səbail” sözü ilə, "Əzizbəyov” sözü "Xəzər, Pirallahı” sözləri ilə əvəz olunub.

Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.1-ci bəndində verilmiş cədvəlin 12-ci hissəsinin "Ödənişin məbləği” sütununda "Abşeron və Aran” sözləri "Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan” sözləri ilə, "Yuxarı Qarabağ” sözləri "Qarabağ” sözü ilə və "Lənkəran, Gəncə-Qazax” sözləri "LənkəranAstara, Gəncə-Daşkəsən, Qazax-Tovuz” sözləri ilə əvəzlənib.

Nazirlər Kabinetinin 2021-ci il 25 may tarixli 150 nömrəli Qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə - "Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları toplusu”nun 4 nömrəli cədvəlinin 2-ci hissəsinin "Respublikanın, bölgələrin adları” sütununda "Yuxarı Qarabağ” sözləri "Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları” sözləri ilə əvəz olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->