İdman 17:35 29.06.2020

Əli Hüseynlinin federasiyası fəaliyyətini dayandırdı

Azərbaycanda daha bir Federasiya fəaliyyətini dayandırıb.

Qaynarinfo Unikal.orga istinadən xəbər verir ki,  Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin rəhbəri olduğu Azərbaycan Peyntbol Federasiyası bir müddətdir ki, fəaliyyət göstərmir. Qurumun fəaliyyətini dayandırmasına səbəb maliyyə problemi olub.

Xəbəri Unikal.org-a Federasiyanın vitse-prezidenti Nadir Adilov təsdiqləyib.