Əli Mirəliyevdən şok sözlər: “Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı” (VİDEO)
ARB TV-nin "Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Əli Mirəliyevin adaşı olan nəvəsi olub.
Qaynarinfo xəbər verir ki, sənətçi, gəlininin oğlunu, yəni onun nəvəsini tərk etməsindən danışıb:
"Əgər ana uşağını tərk edib gedirsə, o kimə bağlanmalıdır? Nənəyə, babaya. 12-13 yaşından tərk edib gedib. Amma hansı ana balasını qoyub gedə bilər? Heç olmasa arada gəl gör, axı sən onu 9 ay bətnində gəzdirmisən? Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var. Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl sənəd üçün lazımsan. Heç görüşməyib uşaqla da, baxıb çıxıb gedib. Uşağın günahı Əli Mirəliyev olmasıdır.
Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da. Mən bunu da deyirəm. Deməli mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb paltarlarını, uşağa alınan bahalı telefonu da verməyib ona. Uşaqdan imtina edib. Atası, anası qızlarına deyir ki, sən özün gəl, amma o uşağı gətirmə. Heç yemək də vermirdilər buna”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər