"Nadir Qafarzadə məni saymadı. Saysaydı, başqa həmkarlarım kimi məni də oğlunun toyuna çağırardı”.
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əlikram Bayramov deyib. Sənətçi həmkarının bu hərəkətindən incidiyini deyib:
"İncidim, özü də çox. Mən onu oğlumun toyuna çağırmışdım, o isə məni çağırmadı”.
"Nadir Qafarzadə efir vasitəsi ilə sizdən üzr istəyibmi” sualına gəlincə Əlikram Bayramovun cavabı belə oldu:
"Daldan atılan daş topuğa dəyər. Allah onun balasını xoşbəst eləsin. Nadir yaxşı oğlandır, onunla Rusiyada çox olmuşam. İndi and-aman edir ki, növbəti toya birinci guya məni dəvət edəcək”.
Bahar Rüstəmli
Şərhlər