Məşhur balaban ifaçısı Əlixan Səmədova ağır itki üz verib.
Qaynarinfo xəbər verir ki, dünən gecə ifaçının anası dünyasını dəyişib. Bu barədə ifaçı özü sosial şəbəkə hesabında məlumat verib.
"Az öncə anamı itirdim. Məkanı cənnət olsun”, - sənətçi yazıb.
Qeyd edək ki, 53 yaşlı balaban ifaçısı Türkiyədə "Sən gəlməz oldun” mahnısı ilə məşhurlaşıb və hazırda da orada yaşayır.
Şərhlər