Anastasiya sevgilisi Sergeyin onu Sankt-Peterburqdakı hava limanında qarşılayacağını gözləyir.
Lakin Anastasiya yerə enəndə sevgilisindən belə bir mesaj gəlir ki, təəssüf ki, onu qarşılmağa gələ bilmir, əvəzində isə dostu onu qarşılayacaq.
Hələ ki, hər şey qaydasındadır.
Anastasiya mənzilinə çatanda isə qara mikroavtobus onlara yaxınlaşır. Əli silahlı maskalı şəxslər maşından düşərək Anastasiyanı qarşılamağa gəlmiş maşının sürücüsünü kənara çəkirlər.
Anastasiyanı gəldiyi maşının arxasına doğru aparırlar. Maskalı şəxslər onun maşının baqajındakı əşyalarını axtarmağa başlayırlar və içində ağ toz olan kiçik torba aşkar edilir.
Xüsusi qara geyimli şəxslərin arasından çıxan adi geyimli qadın detektiv ona yaxınlaşır: "Siz qadağan olunmuş maddələrin yayılmasında şübhəli bilinirsiniz".
Anastasiyanın üzünün rəngi dəyişir.
"Siz səhv edirsiniz, bu mənim deyil", narahat halda gülümsəyən Anastasiya deyir.
"Bəs kimindir? Oyun oynamayın!" şəxslərdən biri qışqırır.
Sorğu-sual davam edir. Nəhayət uniformalı şəxslərdən biri içində ağ toz olan torbanı bıçaqla deşir və içindən kiçik çəhrayı qutu çıxardır.
"Bəs bu nədir?" o soruşur.
"Bilmirəm", Anastasiya həyəcanla cavab verir.
Qəfildən həmin şəxs maskasını çıxararaq dizi üstə yerə oturur: "Mənimlə evlənərsən?"
Bu Sergeydir və aydın olur ki, o, həmin şəxslər arasında hüquq mühafizə orqanlarında işləyən yeganə adamdır. Digərləri isə, "ekstremal evlilik təklifləri" xidmətinin əməkdaşlarıdır. Bu, son illər Rusiyada ortaya çıxmış biznes növüdür.
"Belə şeyə görə necə əsəbiləşmək olar?"
Sergeyin sürücü dostu da gizli iştirakçıdır - maskalı şəxslər onları saxlayarkən o, qorxuya düşmüş kimi davranır.
Bahalı "hədiyyə"
Ekstremal evlilik təkliflərinə daxil yarım saatlıq fotosessiya təxminən 10 dollar, "təhlükəsizlik qüvvələrinin" iştirakı ilə bütün şou isə təxminən 900 dollara başa gəlir.
Sergeyin ekstremal evlilik təklifi isə təxminən 450 dollara başa gəlib. O, belə bir şou üçün hüuq mühafizə orqanlarının üzvü olan həmkarlarına və Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarına müraciət etsə də, imtina cavabı alıb. İndi o buna sevinir.
"İş yoldaşlarım nəyisə düzgün etməyə bilərdilər. Onlar çox qorxulu olurlar!"
Spetsnaz (xüsusi xidmət əməkdaşları) şousunun yaradıcısı Sergey Rodkin deyir ki, müştərinin tələblərinə uyğun olaraq qiymətlərin yuxarı həddi yoxdur.
36 yaşlı iş adamının sözlərinə görə, o, 2010-cu ildə dostları üçün bu cür şouları pulsuz təşkil edirdi.
"İşlər yavaş-yavaş böyüdü və bir il sonra biz bu işi pulla görməyə başladıq", o BBC-ə bildirir.
İlk ekstremal evlilk təklifi 2014-cü ildə baş verib. 2015-ci ilə qədər Rusiyada bir neçə Spetsnaz şouları təşkil edilib. İndi isə bu cür xidmət göstərən 14 şirkər var.
Aktyorların arasında keçmiş polis işçiləri və keçmişdə hərbçi olmuş şəxslər də var. Bu, çıxışlara xüsusi reallıq hissi qatır. Hələ ki, bu işə böyük tələbat olmadığ üçün, bu, onların əsas işinə çevrilməyib.
Sergey deyir ki, müştərilər adətən həmin narkotika ssenarisinə üstünlük verirlər.
"Onların təxəyyülü çox zəifdir! İstədikləri ancaq xüsusi xidmət əməkdaşları, silahlı həbs, narkotikadır", o deyir.
Psixoloq Polina Soldatova deyir ki, Spetsnaz şouları və digər eskremal nişan mərasimləri polisin rusiyalıların gündəlik həyatındakı rolunu nümayiş etdirir.
"Cəmiyyət baş verənlərə yumorla reaksiya verir", o BBC-ə deyib.
"Bu zarafatlar... onu nümayiş etdirir ki, təhlükəsizlik qüvvələri sənin qapını da döyə bilər. İnsanlar bu reallıqla barışmaq istəyirlər".
Ekstremal evlilik təklifi Ryazandan olan Yuliyanı qəzəbləndirib - o, gül buketini həyat yoldaşının başına çırpır
Anastasiya deyir ki, hadisə onu şoka salsa da, Sergeyə uzun müddət acıqlı qala bilməyib. "Çox qorxulu idi. Əvvəl heç vaxt başıma belə iş gəlməyib".
Sergey deyir ki, bu miqdar narkotika həqiqətən aşkar edilmiş olsaydı, Anastasiyanı 20 ilə qədər həbs cəzası gözləyərdi.
Reallıqda isə heç də hər kəs bu cür ekstremal evlilik təkliflərini bəyənmir.
Penzadan olan Aleksandr deyir ki, onun nişanlısı olacaq qadın bu cür "şou"dan sonra göz yaşlarına qərq olub. O, Aleksandrı ittiham edərək deyib ki, az qala ürəktutmasına səbəb olacaqdı.
Ryazandan olan Yuliya isə daha qəddar reaksiya nümayiş etdirib. O, 30 yaşı münasibətilə təşkil edilmiş ekstremal sürprizdən sonra gül dəstəsini ərinin başına çırpıb.
Spetsnaz şoular hətta uşaqlar üçün ad günlərində də təşkil edilib
Psixoloq Polina Soldatova deyir ki, ekstremal şoulardan yalnız pulu və gücü olan insanlar ləzzət alır. "Gələcək nişanlılar onları saxlayan şəxslərin polis olmadığını biləndən sonra gülüşə qərq olurlar", o deyir.
"Stresə düçar olmuş şəxlər üçün isə nişanlılarının yaradıcılıq qabiliyyəti heç də maraqlı deyil".
Biznes sahibi Sergey deyir ki, son beş ildə Moskvada təşkil olunmuş bu cür şoulardan sonra yalnız bir nəfər evlilk təklifini rədd edib.
Mənbə: BBC
Şərhlər