Sağlamlıq 11:02 23.05.2020

Elm adamları gözəl bədən quruluşunun genlərini kəşf etdi

Piylənmə yalnız az hərəkətlilik və zərərli qidalanma üzündən inkişaf etmir, eyni zamanda genetik köklərə malikdir. Bununla belə, elm adamları daha çox arıqlamağa yox, çəki artımına təsir edən genləri araşdırıb.  

Qaynarinfo bildirir ki, bu haqda Avstriyanın "Der Standard” qəzeti xəbər verib. Xəbərə görə, bu ilədək mövcud olan genetik boşluğu 20 beynəlxalq tədqiqat institutunun bir qrup alimi aradan qaldırıb.

Tədqiqatçılar genlərin gözəl qamətli insanlarda necə işlədiyinə diqqət yetirib. Estoniya "bazası" üzərində elm adamları tərəfindən aparılan araşdırma təcrübə heyvanlarında orqanizmdən kənarlaşdırıldığı zaman təkcə tez arıqlamağa yox, əsasən yağlı qidaları yedikdə kökəlməyə imkan verən bir DNT sahəsini tapmağa şərait yaradıb.

Bu zaman ALK genindən bəhs etdiyimiz aydınlaşır. Onun hipotalamusda kodladığı ALK zülalının sintezinin pozulması (beynin hormonal fonuna təsir edən hissəsi) siçanlarda, görünür, noradrenalinin (stress hormonu) səviyyəsinin yağ toxumalarında artması yağların sürətlə əriməsinə səbəb olub.

Buna baxmayaraq, ALK genlərinin olmadığı heyvanlar üzərində aparılan müşhaidə göstərdi ki, o heyvanlar insanlar arasında geniş yayılmış "həddən artıq spirtli içki qəbulu” xəstəliyinə məruz qalırlar. Elm adamlarının bu yan təsiri aradan qaldırmağa cəhd edib-etmədikləri barədə məlumat verilmir.
 
Alpər