Dünya 21:20 09.07.2020

Elm adamları Yer atmosferində qeyri-adi "səs" kəşf etdilər

Havay və Kioto Universitetinin alimləri bir araşdırma apararaq planetimizin atmosferinin özünəməxsus "səsə" sahib olduğu qənaətinə gəliblər. 

Qaynarinfo xəbər verir ki, tədqiqatçıların fikrincə, bu, bir qədər qübbə zəngini xatırladan müəyyən titrəyişlərlə bağlıdır. 

İnsan qulağı əslində belə səsləri eşitməyə qadir deyil, çünki onlar bütün planet və ekvator boyunca keçən atmosfer təzyiqinin geniş miqyaslı dalğaları kimi görünürlər. Dalğaların bir hissəsinin dalğa hərəkəti şərqdən qərbə, digər hissəsi əks istiqamətdə olur. Bu vəziyyətdə dalğalar rezonanslı vibrasiya yaradır.

Bu fenomenin 19-cu əsrdə elm adamları tərəfindən müşahidə edildiyi ortaya çıxıb.

O vaxtdan bəri bu nəzəriyyə yeni dəlillərlə möhkəmləndirilib və inkişaf etdirilib.

Tədqiqat prosesində alimlər 2-33 saat arası fərqli dövrləri olan dalğaları müşahidə etdilər. Bu dalğalar Yer atmosferində saatda 1,1 min km sürətlə hərəkət edir və nəticədə dalğaların yayılması ilə əlaqəli bir növ "şahmat" nümunəsi meydana gəlir.

Hazırda tədqiqatçılar bu "səs" dalğalarının səbəbinin nə olduğunu öyrənməyə hazırlaşırlar.

Alpər