Xəbər lenti

Məmmədyarov təyyarədə erməni jurnalisti gülə-gülə susdurdu (VİDEO)
Video 11:22 05.04.2019

Məmmədyarov təyyarədə erməni jurnalisti gülə-gülə susdurdu (VİDEO)

"Dağlıq Qarabağ münaqişəsini dinc, siyasi-diplomatik yolla tənzimləmək vacibdir”.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Moskvaya gedən zaman təyyarədə Ermənistan KİV-in nümayəndələrinə açıqlamasında deyib. 

"Hamı nəticələrin müxtəlif olduğunun düşünür. Hərə öz tarixinə əsaslanıb, kimin günahkar, kimin isə doğru olduğunu deyir. Fikirmcə, 2016-cı ilin apreli bizə göstərdi ki, bölgəyə sülh hələ gəlmir”, deyə E.Məmmədyarov vurğulayıb.

O qeyd edib ki, münaqişənin dinc yolla tənzimlənməsi vacibdir: "Müharibə münaqişənin dinc yolla tənzimləməsinə qarşı ən böyük təhlükədir. Əlbəttə, başqa reallığın və yeni imkanların yaranması, münaqişəni iki xalqın həll etməsi üçün birmənalı şəkildə Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan ərazisi hələ də Ermənistan hərbçilərinin işğalı altındadır. "Ermənistan vətəndaşı niyə hərbi xidməti Azərbaycan ərazisində keçir?”, - deyə nazir erməni jurnalistlərə sual verib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->