Azərbaycan və Türkiyə Xarici İşlər Nazirliklərinin nümayəndələri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün sabah İrəvana səfər edəcəklər.
Qaynarinfo azvision.az-a istinadən xəbər verir ki, bu barədə Aysor.am saytı məlumat yayıb.
Bildirilib ki, Azərbaycandan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyədən isə XİN-in çoxtərəfli iqtisadi əlaqələr üzrə məsul şəxsi Ömər Küçük İrəvandakı tədbirdə iştirak edəcək.
Qeyd edək ki, İrəvandakı toplantı çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyin Ermənistana keçməsi mərasimi təşkil olunacaq.
Şərhlər