Xəbər lenti

Elnur Əşrəfoğlu ECMO-ya qoşuldu
Ölkə 10:31 21.09.2021

Elnur Əşrəfoğlu ECMO-ya qoşuldu

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistin müalicə aldığı "Yeni Klinika"dan məlumat verilib. Bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.

"Agciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub", - deyə klinikadan məlumat verilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->