Ötən həftələrdə nəhəng "Falcon Heavy" raketini kosmosa yola salan amerikalı mühəndis Elon Mask növbəti nəhəng layihəyə start verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bütün dünyanı internetlə təmin etməyi hədəfləyən layihə çərçivəsində "TinTin A" və "TinTin B" peykləri kosmosa göndərilib. Layihənin reallaşması üçün ümumilikdə 4 min peykin göndərilməsi və qlobal şəbəkənin yaradılması planlaşdırılır. Bununla, bütün planeti, hazırda dünya ilə əlaqəsi olmayan bölgələri belə internetlə təmin etmək mümkün olacaq.
10 il ərzində istifadəyə veriləcək peyklər vasitəsilə internetin sürət və keyfiyyəti kəskin artacaq.
Gülşən
Şərhlər