Dünya 12:12 21.09.2021

İlon Mask yenə də Yer kürəsində UNO-ların olduğunu dilinə gətirdi

SpaceX-in baş direktoru İlon Mask yadplanetli gəmilərin mövcudluğu haqqında tvit yazdıqdan sonra sosial mediada qızğın müzakirələr gedib.

Qaynarinfo xəbər verir ki, bu yaxınlarda "Tesla” kompaniyası avtomobillərə yolun bir hissəsini avtopilot rejimində hərəkət etməyə imkan verən Full Self-Driving ("Tam Sürücülük” - FSD) proqram xüsusiyyətinin onuncu versiyasını təqdim edib.

Yeri gəlmişkən, İlon Maks bu funksiyanın daha bir gizli qabiliyyətə malıik ola biləcəyini bu həftə yazdığı tvittdə qeyd edib:


"FSD 10 piksel qruplarını obyektlərə görə təsnif etmədən video piksellərin hündürlüyünü birbaşa proqnozlaşdırır", - Mask öz Twitter hesabında yazıb. – Prinsipcə, hətta bir UNO (Uçan Naməlum Obyekt) yolda düz qarşınıza çıxsa, siz xəsarət almaqdan yayınacaqsınız. Bununla belə, həssaslığın tənzimlənməsi işində hələ görüləsi işlər var".


Sonra, yəqin ki, SpaceX-in baş direktoru yazdıqları üzərində düşünüb və mesajına bəzi izahlar əlavə etməli olub. Ancaq bu izahlar əvvəlkindən daha çox müəmmalar doğurub və suallar fırtınasına səbəb olub.

Bəzi izləyiciləri SpaceX-in dünyadan kənar sivilizasiyalara dair sübutlarının olub-olmadığını və Maskın bu məlumatı açıqlamağı planlaşdırdığını bilmək istəyiblər. Mask buna birmənalı cavab verməyib, lakin hiss olunur ki, indi UNO və ya yadplanetlilərdən danışarkən daha diqqətli olmağa çalışır.

SpaceX rəhbəri vaxtaşırı mesajlarında UNO-lardan danışır, onların varlığı fikrini dəstəkləyir, sonra isə bunu tamamilə təkzib edir.

Beləliklə, məsələn, 2021-ci ilin mart ayında Tesla rəhbəri yadplanetlilərin varlığına qarşı ən güclü arqument adlandırdığı bir neçə cədvəl nəşr edib. 19-cu əsrdən bəri kameraların gücü eksponensial olaraq artsa da, UNO görüntüləri hər zamankı kimi bulanıq və keyfiyyətsiz olaraq qalır. Başqa sözlə, bu, şahidlərdən əldə edilən videoların əksəriyyətinin saxta olması və ya çəkiliş qüsurları ilə əlaqələndirilə bilər.

Bu il Mask deyib ki, yadplanetlilər digər planetlərdə varsa belə, çox güman ki, artıq ölü sivilizasiyadırlar.

İlon Mask tez-tez ictimaiyyətin diqqətini çəkən qeyri-adi bəyanatlar verir və astronavtika sahəsindəki nüfuzu səbəbindən müzakirələr daha da qızışır. Məsələn, bir dəfə milyarder zarafatla və ya ciddi şəkildə "Twitter”də yadplanetli olduğunu söyləsə də, sonradan bu mövzunu müzakirə etməkdən imtina edib.

Xəyal Abdullayev