“Məni yalnız qardaşım Mahirin taleyi deyil, məni bütün Mahirlərin taleyi maraqlandırır”
Hazırda Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev növbəti müraciətini yayıb. Göndərdiyi məktubunda Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən E.Abdullayev, həmçinin, yaratdığı yeni qurumun adından da fikirlər səsləndirib.
Qaynar.info xəbər verir ki, “Bizim Yol”a daxil olan məktubda deyilir: “Biz 9 ildən çox müddətdir oğurlanmış qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevlə əlaqədar olaraq Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla ölüm-dirim savaşında olmuşuq, artıq bu problem həm Azərbaycan xalqının, həm də beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Müasir dünya məhkəmə təcrübəsində analoqu olmayan hadisə baş verib, Azərbaycan hakimiyyəti adam oğurluğu ilə məşğul olan bandanı cəzalandırmaq əvəzinə, zərərcəkmişi susdurmaq məqsədi ilə cəzalandırır, bu isə bir daha təsdiq edir ki, banda dövlətin resurslarından istifadə edir. Bir hüquqşünas kimi yalnız qardaşım Mahir Abdullayevin taleyi deyil, məni bütün Mahirlərin taleyi maraqlandırır. Mahir Abdullayev kimi izsiz-tozsuz yox edilmiş bir çox Azərbaycan vətandaşlarının da taleyinə aydınlıq gətirilməlidir. Hələ də “sehirli əl“ öz işini davam etdirir, bu cinayətlərin qarşısı alınmalıdır və cinayətkarlar layiqli cəzalarına catmalıdırlar”.
Sonda E.Abdullayev bu sahədə bütün zərərcəkmiş ailələridən, yeni yaratdığı “İnsan Hüquqlarının Mühafizə olunması üzrə Beynəlxalq Assosasiya”ya müraciət etmələrini xahiş edir.
Qaynar.info
Şərhlər