Xəbər lenti

Elşad Miri:
Video 17:25 06.11.2017

Elşad Miri: "Atanın nikahdankənar övladı ilə ailə qurması..."

Misirin Əl Əzhur Universitetinin tanınmış din xadimi Mazen Əl Sərsavi son açıqlamasında kişilərin nikahdankənar doğulan qızları ilə ailə qura biləcəklərini söyləyib və şəriətdə bununla bağlı hər hansısa bir qadağanın olmadığını bildirib.
 
Bununla bağlı "Qaynarinfo"ya açıqlama verən tanınmış ilahiyyatçı Elşad Miri məsələdən xəbərsiz olduğunu, əgər belə bir açıqlama varsa, bunun biabırçılıqdan başqa bir şey olmadığını deyib.
 
"Belə bir açıqlamanın olub-olmadığını dəqiq bilmirəm. Əgər belə bir açıqlama yoxdursa, yanlış informasiyadırsa, deməli həmin insanın haqqına girilir. Yox, əgər həmin din xadimi bu barədə həqiqətən belə açıqlama veribsə, bu, biabırçılıqdır. Çünki heç kim heç zaman bir insanı hansı formada doğulmasına görə ittiham edə və digər birinə halal edə bilməz", - deyə o, bildirib.
 
Çingiz Səfərli
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->