Elşad Xose Hüseyn Dərya ilə əlbəyaxa davasından danışdı: “Çox biabırçı an idi” (VİDEO)

Elşad Xose Hüseyn Dərya ilə əlbəyaxa davasından danışdı: “Çox biabırçı an idi” (VİDEO)

ARB TV-nin "Onun Sirri” verilişinin növbəti qonağı reper Elşad Xose olub.

Qaynarinfo xəbər verir ki, məşhur reper mərhum həmkarı Hüseyn Dərya ilə illər öncə olan əlbəyaxa davasından danışıb:

"İkimizin də pik vaxtları idi. Bizim etdiyimiz rəqabət ara-sıra xoşagəlməz anlara gətirib çıxarırdı. Hüseylə sülhpərəst mövqelərdən çıxış edirdik, amma bir dəfə elə oldu ki, əlbəyaxa davaya çıxdıq. Ondan bir neçə gün öncə efirlərin birində mənə söz atmışdı. Mən də onu gördüyüm an bu haqda soruşmağı düşünürdüm. Yay vaxtı idi. Şəhərdə üz-üzə gəldik. Bulvada insanların içərisində ani davamız oldu. Orada gəzintiyə çıxan insanlar bizi araladılar. Sonradan bu hadisəni xatırlayanda bilmirdim gülüm, ya heyfslənim. Çox biabırçı an idi”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR