Dünya 11:03 13.07.2020

Elvis Preslinin nəvəsi intihar etdi

Dünyaca məşhur musiqiçi Elvis Preslinin nəvəsi Benjamin Keough intihar edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 27 yaşlı  Keoughun anasının sözçüsü açıqlama verib. Faktla bağlı istintaq başladılıb.

Benjaminin də babası kimi musiqiçi olduğu və bir neçə filmdə iştirak etdiyi bildirilib.

Polisin məlumatına görə, hadisə yerindən silah tapılıb və Benjamin sinəsindən vurulmuş halda tapılıb.

Camal