Elxan Məmmədovdan

Elxan Məmmədovdan "Qarabağ"a məsləhət: "Arxayınlaşmaq olmaz"

"APOEL üzərində qələbə "Qarabağ” üçün, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdi".
 
Qaynarinfo xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə APOEL üzərində 2:1 hesablı qələbə qazanıb. Qarşılaşmanı tribunadan izləmək üçün Nikosiyaya gedən Məmmədov klubun rəsmi saytına fikirlərini bildirib.

Baş katib cavab oyununa daha ciddi hazırlaşmağın vacibliyini vurğulayıb: "Qələbə münasibətilə "Qarabağ”ı təbrik edirəm, amma heç bir halda arxayınlaşmaq olmaz. Cavab oyununa çox ciddi hazırlaşmaq lazımdı, təbii ki, mərhələni keçmək üçün hər iki oyunda qələbə qazanmaq vacibdi. Ümid edirəm və inanıram ki, "Qarabağ” Bakıda doğma azarkeşləri qarşısında da səfərdə olduğu kimi yüksək keyfiyyətli oyun göstərərək növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bir daha bütün "Qarabağ”lıları təbrik edirəm”.

Qeyd edək ki, "Qarabağ"la APOEL arasında cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR