Xəbər lenti

Əmək Nazirliyi 206 minik avtomobili alacaq
Ekonomiks 14:02 27.11.2020

Əmək Nazirliyi 206 minik avtomobili alacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 minik avtomobili alacaq.

Qaynarinfo xəbər verir ki, ƏƏSMN-nin noyabrın 27-də keçirdiyi tenderdə "Azərmaş Group” MMC qalib olub. 

Tenderin dəyəri 2 milyon 500 min 170 - 2512170.06 manat olub. 

Qeyd edək ki, "Azərmaş Group” MMC 2019-cü ilin yanvar ayının 24-də dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rəhimov, ev 195, m. 8-də yerləşən MMC-nin qanuni təmsilçisi Adıgözəlov Rövşən Rəfail oğludur. Nizamnamə kapitalı 10 manat təşkil edən şirkət qısa müddətdə dövlət qurumların keçirdiyi tenderlərdə qalib olmağa başlayıb.

Orxan Əhmədli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->