Xəbər lenti

Əməkdar artist: Arvadım dedi ki, ilim çıxan kimi evlən
Video 12:59 17.04.2018

Əməkdar artist: Arvadım dedi ki, ilim çıxan kimi evlən" (VİDEO)

"Həyat yoldaşım mənə dedi ki, ilim çıxandan sonra evlən. Onun hissetmə qabiliyyəti var idi. Öləcəyini hiss etmişdi”.

Qaynarinfo xəbər verir ki, bu sözləri əməkdar artist Ənvər Həsənov "Stop” verilişində deyib.

Aktyor dünyasını dəyişən həyat yoldaşı Mömünat xanımdan danışıb. O, aktrisa xanımının vəsiyətini açıqlayıb:

"Bir gün otuzdurdu məni və istəklərini dedi. Mən də etirazımı bildirdim. Dedi ki, ailə qur, sözümə qulaq as. Dedim ki, pasportda sənin adın yazılıb, bəsdir. Ondan sonra baldızlarım, bacılarım çox dedi evlən. Amma razılaşmadın. On ildir yanımda yoxdur, amma hər gün onunla yaşayıram. Elə gün yoxdur ki, onu xatırlamayım. Mömünat da aktrisa idi. Bütün filmlərə mənimlə çəkilib. O, dünyasını dəyişəndə övladımız Aytənin 29 yaşı var idi”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->