Bir neçə gündür, mətbuatda əməkdar artist, ritm ustası Natiq Şirinovun səhhətində problemlərin yaranması ilə bağlı informasiyalar yayılıb. Belə ki, sənətkarın“ATV maqazin onlarla” verilişində illər əvvəl səhhətində yaranan problemlərdən danışması bugünki kimi təqdim olunub.
"Qaynarinfo" xəbər verir ki, əslində bu hadisə hadisələr 2004-cü ildə baş verib. Yaranan anlaşılmazlığı aradan qaldırmaq üçün “Natiq” Ritm qrupunun rəhbəri mətbuata açıqlama göndərərək bildirib ki, 4 dəfə əməliyyat olunduğu doğru olsa da, ancaq bu hadisələr 2004-cü ildə baş verib:
“Xırda damarlarda tutulmalar yaranmışdı. Amma bu artıq keçmişdə qalıb. Hazırda səhhətimdə heç bir problem yoxdur. Mütəmadi olaraq da müayinələrdən keçirəm. Narahat olunacaq bir səbəb yoxdur. Bir-birinin ardınca konsertlərimiz olur. Bu yaxınlarda Gürcüstanda One Caucasus festifalinda və Soçidə səfərdə olmuşuq. Bu xəbərdən sonra mənə görə narahat olan dəyərli xalqıma minnətdarlığımı bildirirəm. Bir daha söyləyirəm səhhətimdə hər şey qaydasındadır. İrəlidə gözəl proyektlər və görəcəyimiz çox işlər var".
Qaynarinfo.Az
Şərhlər