Sənət 14:22 24.10.2019

Əməkdar artist Teatr Xadimləri İttifaqından çıxdı - Etiraz

Ötən günlərdə Əməkdar artist Elnur Kərimov Azərbaycan Teatr Xadimləri İttifaqından çıxıb. 

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki,  daha öncə TXİ-də yaşananlara etiraz edib, üzvlükdən çıxmaq istədiyini bildirən aktyorun  ərizəsinə bu gün rəsmi cavab gəlib.

Aktyor sosial media hesabında "Mən artıq TXİ-nin üzvü deyiləm. Müsbət cavab gəldiyi üçün təşəkkür edirəm” deyə, o, yazıb.

Qeyd edək ki, aktyor TXİ-nin üzvü olduğu halda, baş tutan XIV konfransa buraxılmamışdı.