Xəbər lenti

Sənət 11:07 27.09.2021

Əməkdar artist ürəyindən açıq əməliyyat olunacaq

"Hazırda səhhətim ağır-stabildir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Sərvər Əliyev deyib. Onun sözlərinə görə, həkimlər açıq ürək əməliyyatına ehtiyac olduğunu bildirib:

"Bir neçə ilə əvvəl ürək əməliyyatı keçirmişəm. Sentyabrın 27-dən ağrılarım başlayıb. Müayinə olundum, dedilər, damarlar tutulub. Həmin vaxt Dərbəndə getməliydim, çünki tamaşa təhvil verməlidyim. Həkimlər getməməyi məsləhət bildilər, amma buna baxmayaraq, gedib tamaşanı təhvil verdim. Mahaçqalada vəziyyətim daha da kəskinləşdi, nə olar, nə olmaz deyə bir başa Bakıya qayıtdım. Müayinə olunarkən məlum oldu ki, iki damar tutulub. Həkimin bildirdiyinə görə, tutulan damarlardan biri əvvəl əməliyyat zamanı qoyulan stendlərdəndi. Həkim deyir ki, "deyəsən o vaxt əməliyyat zamanı stendin içinə ikinci bir stend qoymuşam. Onun üçün də gərək diskə baxam. Əgər həmin stendin içinə ikinci bir stend qoymuşamsa, onda açıq ürək əməliyyatı etməliyəm”.
Rejissor əməliyyatın baha olduğunu vurğulayıb:

"Həkimlər ürək damarlarımın çox zədələndiyini deyir. Deyirlər, ki, açıq əməliyyatın özü də təhlükəlidi, qismət Allahdan”.

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?