Xəbər lenti

“Əməliyyatın arxasında Rusiya Hərbi Kəşfiyyatı durur” – NATO institutu
Siyasət 22:05 01.08.2014

“Əməliyyatın arxasında Rusiya Hərbi Kəşfiyyatı durur” – NATO institutu

Fərrux Məmmədov: “Baş verən hadisələr birbaşa Rusiya ilə bağlıdır”


NATO-Azərbaycan Əməkdaşlıq İnstitunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, avqustun 1-də ermənilər tərəfindən 9 hərbçimizin şəhid edilməsinin arxasında Rusiya dayanır. Bir gün əvvəl Azərbaycan mətbuatına Rusiyanın ölkəmizə zərbə vurmağa hazırlaşdığı barədə açıqlama verən F. Məmmədov mövzu ilə bağlı müsavat.com-a eksklüziv rəy bildirib. Baş verən faciəvi hadisə haqda Fərrux Məmmədovun rəyini təqdim edirik: “Bugünkü hadisə bir daha onu göstərdi ki, Rusiya stabil, sülh şəraiti olan, inkişaf etmiş demokratik bir Cənubi Qafqaz  istəmir.

Bir neçə gün öncə qeyd etdiyim kimi, Rusiya tərəfindən real təhdid olaraq mövcud olan çevriliş əlamətlərindən biri də məhz ölkəyə bu və ya digər formada psixoloji zərbə vurmaqdır. Baş verən hadisələr birbaşa Rusiya ilə bağlıdır. Ermənistan tərəfinin ordumuza bu cür zərbə endirməsinin arxasında Rusiya Hərbi Kəşfiyyatı durur. Rusiya Hərbi Kəşfiyyatının Ermənistan tərəfinə kəşfiyyat peyki  vasitəsilə Azərbaycanın mövcud hərbi hissələrinin və əsgərlərinin yerləşmə bilgilərinin verilməsi artıq heç bir şübhə doğurmur.

Burada yenə də əsas məqsəd öz varlığını sübuta yetirmək və “hər zaman cəza tətbiq edə bilərəm” mesajını verməkdir! Rusiya hal-hazırda çətin bir perioddan keçir və bu acınacaqlı vəziyyətində kənarlara saldırması da normaldır. Rusiyanın qarşısını yalnızca Beynəlxalq Birliklə bərabər olaraq almaq olar. Əks təqdirdə Rusiya Azərbaycanda daha geniş planlarını həyata keçirə bilər.

Ermənistan ordusunun bu cür əməliyyatlar keçirtmək üçün nə yetəri qədər gücü, nə də informasiyası var. Onlar bu gücü bir başa Rusiya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindən alırlar. Azərbaycan hökuməti bu məsələlərlə bağlı təcili olaraq beynəlxalq birliyi məlumatlandırmalıdır. İndi mövcud olan vəziyyəti Azərbaycan dövləti dəyərləndirməli, NATO və Amerika ilə tərəfdaşlığı yeni bir müstəviyə daşımalıdır. Əks təqdirdə Rusiyanın daha ağır aqressiyası ilə qarşılaşa bilərik!” (Musavat.com)


Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->