Moskva yaxınlığındakı Ramenskoyedə yol boyunca çılpaq gəzərkən görünən qadın psxonevroloji dispanserə yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Moskovski Komsomolets” məlumat yayıb.
Qəzetin yazdığına görə, yolda tamamilə çılpaq şəkildə maşınların arasında gəzən gənc bir qadın görünüb. Qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri onu dərhal tanıyıblar – aktrisa Hilda Karmen.
MK qeyd edir ki, qadın bir sinir xəstəlikləri dispanserinə yerləşdirilib. Eyni zamanda, "Kanal Beş”ə görə, onun qanında heç bir qadağan edilmiş maddə tapılmayıb.
Bəzi məlumatlara görə, teleaparıcı sinir böhranı keçirmiş ola bilər.
Xatırladaq ki, Hilda Karmen Emin Ağalarovun "Səni unutmaq” klipində çəkilib. 2016-cı ildən filmə çəkilməyə başlayıb. İlk rolunu "Yelləncək” serialında alıb. Daha sonra bir neçə layihədə yer alıb. Hilda həmçinin teatrda da oynayır.
Alpər
Şərhlər