Emin Abbasov:

Emin Abbasov: "Honda mənə təklif olunmuşdu - 15 milyon avroya!"

"Sabah"ın keçmiş idman direktoru, futbol eksperti Emin Abbasov Yaponiya millisinin sabiq futbolçusu Keisuke Hondanın "Neftçi"yə gözlənilən transferi ilə bağlı maraqlı məlumat paylaşıb.

Qaynarinfo xəbər verir ki, E.Abbasov özünün "Facebook" səhifəsində yazıb:

"Biri deyir, Honda "Neftçi"yə lazımdır, o biri deyir, sönmüş ulduzdu bu. Bir başqası zarafata salır ki, "Neftçi"yə çempion olmaq üçün Honda yox, BMW lazımdır və s. Bütün bu söz-söhbətlər burulğanında əksəriyyət nədənsə, məsələni incələmək istəmir.

Honda indi hansı formadadır, hansı pula gəlməyə razıdır, ona xərclənəcək pulu klubun marketinqi dirildə bilərmi, "Neftçi"nin məşqçisi necə baxır bu transferə və başqa nüanslar...

Maraq üçün deyim ki, Honda 2019-cu ildə "Melburn"dan ayrılanda mənə təklif olunmuşdu - 15 milyon avroya!"
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR