Çempionlar Liqası:

Çempionlar Liqası: "Neftçi"nin rəqibi müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan çempionu "Neftçi"nin də rəqibi bəlli olub. Püşk Bakı klubunu Gürcüstan təmsilçisi "Dinamo" (Tbilisi) ilə üzə qoyub.

Komandalar arasındakı ilk oyun Tbilisidə, cavab qarşılaşması Bakıda keçiriləcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.
 
Çempionlar Liqası
I təsnifat mərhələsi
 
"Fola Eş” (Lüksemburq) - "Linkoln" (Cəbəllütariq)
"Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya)
"Malmö” (İsveç) - "Riqa" (Latviya)
"Bode Qlimt” (Norveç) - "Legiya" (Polşa)
"Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan)
HİK (Helsinki, Finlandiya) - "Buduçnost" (Monteneqro)
ÇFR (Rumıniya) - "Borars" (Bosniya və Herseqovina)
"Şkendiya" (Şimali Makedoniya) - "Mura" (Sloveniya)
"Teuta" (Albaniya) - "Şerif" (Moldova)
"Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan)
"Makkabi" (Hayfa, İsrail) - "Kayrat” (Qazaxıstan)
"Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus)
"Ferentsvaroş” (Macarıstan) - İlkin mərhələnin qalibi
"Jalgiris" (Litva) - "Linfild” (Şimali İrlandiya)
"Flora" (Estoniya) - "Hamrun Spartans” (Malta)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya) 

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.
X
XƏBƏRLƏR
BLOGLAR