Çempionlar Liqası: "Arsenal" və "Porto" turnirlə vidalaşdı (VİDEO)
İngiltərənin "Arsenal" klubu səfərdə Almaniyanın "Bavariya" komandası ilə qarşılaşıb. Oyun Jiru (3-cü dəqiqə) və Kosyelninin (85-ci dəqiqə) vurduğu qolları sayəsində qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb. Lakin bu nəticə "Arsenal"ın növbəti mərhələyə çıxmasına yardım etməyib. İlk qarşılaşmada almanlar "Arsenal" 3:1 hesabı ilə məğlub olub.
İspaniyanın "Malaqa" klubu öz meydanında Portuqaliyanın "Porto" komandasını qəbul edirdi. Meydan sahibləri İsko (43-cü dəqiqə) və Santa Kruzun (77-ci dəqiqə) qolları ilə 2:0 hesabı ilə qalib gəliblər. İlk oyunda "Malaqa" 1:0 hesabı ilə qalib gəlmişdir.
Beləliklə, "Bavariya" və "Malaqa" ÇL-nın 1/4 finalına vəsiqə qazanıblar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər