Xəbər lenti

Ukrayna probleminin həlli: Stoltenberq Rusiya-Fin müharibəsindən və Kuril böhranından danışdı
Dünya 13:11 05.10.2024

Ukrayna probleminin həlli: Stoltenberq Rusiya-Fin müharibəsindən və Kuril böhranından danışdı

"NATO Ukraynanın Rusiya ilə məqbul şərtlərlə danışıqlara başlaya bilməsi üçün şərait yaratmağa kömək etməlidir".

Qaynarinfo xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib. 

O, etiraf edib ki, Ukrayna itirdiyi ərazilər olmadan NATO-ya üzv ola bilər və o zaman təhlükəsizlik təminatları yalnız Kiyevin nəzarətində olan regionlara təsir edəcək.

"Financial Times" qəzetinə müsahibəsində Stoltenberqdən Ukraynaya vəziyyəti həll etmək üçün hansı variantı təklif edəcəyini soruşublar. Cavab olaraq o, əvvəlcə Sovet-Fin müharibəsini xatırladıb və qeyd edib ki, finlər nəticədə ərazinin 10%-ni itirdilər, lakin təhlükəsiz sərhəd qazandılar.

"Ukrayna üçün bu problemi həll etməyin yolları var. Əgər təhlükəsizlik zəmanətlərinin tətbiq olunacağı bir xətt varsa, bu mütləq beynəlxalq səviyyədə tanınmış sərhəd deyil, deyə keçmiş baş katib bildirib.

O, heç bir tarixi paralellərin 100% doğru olmadığını etiraf edib, lakin ABŞ-ın Yaponiyaya Kuril adalarını əhatə etməyən təhlükəsizlik zəmanəti verdiyini xatırladıb. Keçmiş baş katib Qərbi Almaniyanın NATO-ya daxil olmasını da nümunə kimi göstərib. 

"İradə olduqda, həll yolu tapmaq üçün yollar var. Amma bizə 5-ci maddənin harada tətbiq olunduğunu müəyyən edən xətt lazımdır və Ukrayna bu sərhədə qədər bütün əraziyə nəzarət etməlidir", deyə Yens Stoltenberq əmindir.

Şimali Atlantika Müqavilənin 5-ci maddəsində deyilir ki, bir NATO üzvünə edilən hücum alyansın bütün üzvlərinə hücum kimi qiymətləndiriləcək.

2022-ci ilin sentyabrında Ukrayna prezidenti Volodimir Zelenski ölkənin NATO-ya üzv olması üçün ərizə təqdim edib. "Foreign Policy" yazıb ki, ABŞ və Almaniya hakimiyyəti Ukraynanı alyansa dəvət etməyi təxirə salmaq istəyir. May ayında Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın 30 ildə NATO-ya üzv olmayacağını etiraf edib. 

"La Repubblica" yazır ki, Şolts əvvəllər Ukraynaya məxsus olan ərazilərin bir hissəsinin Rusiyaya verilməsini istisna etməyən sülh planı hazırlayır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->