Xəbər lenti

Məcburi köçkün olan rejissorun yataqxanada yaşaması təmin edilib - Komitədən açıqlama
Ölkə 19:37 24.10.2025

Məcburi köçkün olan rejissorun yataqxanada yaşaması təmin edilib - Komitədən açıqlama

Azərbaycan Dillər Universitetinin yataqxanasında məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın yataqxanada yaşaması təmin olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aidiyyəti qurumların nümayəndələri ilə birgə Gülnar Hacıyevanın məskunlaşdığı otağın qapısına vurulan möhür sökülüb:

"Hazırda xanım öz otağındadır və orada yaşamağa davam edəcək", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın yaşadığı Azərbaycan Dillər Universitetinin yataqxanasındakı otağının möhürlənməsi ilə bağlı məlumat vermişdik.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->