Xəbər lenti

Ekrem İmamoğlu "tender saxtakarlığı" üzrə məhkəmədə bəraət aldı
Ölkə20:27 24.10.2025

Ekrem İmamoğlu "tender saxtakarlığı" üzrə məhkəmədə bəraət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə həbsdə olan İstanbulun sabiq meri Ekrem İmamoğlu "tender saxtakarlığı" ittihamı üzrə bəraət alıb.
Qaynarinfo "Haber Global"a istinadən xəbər verir ki, korrupsiya istintaqı çərçivəsində vəzifəsindən kənarlaşdırılan və həbs edilən şəhər merinin işi ilə bağlı iclas bu gün İstanbulun Büyükçekmece 10-cu Cinayət Məhkəməsində keçirilib.
Prokuror bu ittiham üzrə İmamoğlunun siyasi fəaliyyətinə qadağa qoyulması və yeddi ilə qədər həbs cəzası tələb edib. Lakin məhkəmə siyasətçiyə bəraət verib.