Xəbər lenti

Yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
Ölkə21:23 24.10.2025

Yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 24-də rayon ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, keçirilən tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.
Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.