Xəbər lenti

Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzaladı
Foto 21:43 24.10.2025

Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzaladı

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, bu sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli "yaşıl keçid"in təşviqi kimi strateji prioritetləri ehtiva edir.

"BMT-nin yaradılmasının 80-ci ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan-BMT əlaqələrinin dinamik xarakterini və qarşılıqlı etimada əsaslandığını məmnunluqla vurğuladıq. Bu tərəfdaşlıq davamlı irəliləyiş üçün yeni imkanlar və ölkəmizin iqtisadi inkişaf modelini təkmilləşdirmək üçün effektiv dəstək mexanizmləri yaradır. Birgə fəaliyyətin yeni mərhələsi olaraq çərçivə sənədini imzaladıq", - nazir qeyd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->