Xəbər lenti

Kimlər məktəb direktoru ola bilər?
Ölkə 18:52 24.10.2025

Kimlər məktəb direktoru ola bilər?

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

HİT.az xəbər verir ki, bu barədə MÜTDA-nın direktorların işə qəbulu ilə bağlı yaydığı sual-cavab faylında məlumat verilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 30 oktyabr saat 11:00-dan 11 noyabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->