Xəbər lenti

Britaniyada
Dünya 21:04 24.10.2025

Britaniyada "zamanda donmuş" sehrli kənd: Ora niyə səfər etməyə dəyər? (FOTO)

Böyük Britaniyanın Hoksxed adlı möhtəşəm kəndi, ölkənin Milli Parkının mərkəzində yerləşir və ziyarətçilərə sanki keçmiş əsrlərə səyahət təəssüratı bəxş edir. 

Qaynarinfo "Daily Express”ə istinadən xəbər verir ki, kəndin daş döşənmiş dar küçələri, ağardılmış kottecləri və avtomobillərin olmadığı piyada zonaları burada zamanı dayandırılmış kimi hiss etdirir.

Kəndin mərkəzinə avtomobillərin girişi qadağandır, lakin kənarda böyük pullu dayanacaq mövcuddur. Bu səbəbdən Hoksxed piyada gəzintiləri üçün ideal məkandır.



Təbii gözəllik və istirahət

Hoksxed gözəl təbiət mənzərələri ilə əhatələnib və aktiv istirahət sevərlər üçün əsl cənnətdir. Burada piyada və velosiped marşrutları, eləcə də yaxınlıqdakı Vindermer və Koniston göllərində müxtəlif su əyləncələri mövcuddur. İstər təcrübəli dağ yürüşçüsü, istərsə də sakit gəzintilərin həvəskarı olun, hər kəs üçün münasib marşrutlar var.

Populyar yollar arasında Grizedale meşəsindəki heykəltəraşlıq marşrutu və Tarn Hows gölünə gəzinti xüsusi yer tutur – bu məkan "Ozer ölkəsinin” ən gözəl nöqtələrindən sayılır.



Qonaqpərvərlik və yerli dadlar

Gəzintidən sonra ziyarətçilər kəndin dörd rahat pabından birində – XVII əsrdən bəri fəaliyyət göstərən "The Queen’s Head” adlı tarixi qonaq evində istirahət edə bilərlər. Burada odla isidilən kamın qarşısında bir stəkan ale içmək, dadlı yeməklərdən zövq almaq və istəsəniz gecələmək mümkündür.

Günəşli havalarda isə Hoksxedin dar küçələrində gəzişərək dondurma dadmaq və ya ənənəvi çay evlərindən birinə baş çəkib evdə bişirilmiş piroq yemək zövq verir.

Ziyarətçilər kəndin məşhur məhsullarından da xatirə gətirə bilərlər – "Hawkshead Relish” markasının mürəbbələri və çatniləri, yaxud yalnız bu bölgədə satılan "Grasmere Gingerbread” zəncəfilli peçeneləri.



Qorunan memarlıq və tarixi dəyər

Məqalədə qeyd olunur ki, dövlət mühafizəsi altında olan qədim evləri, sakit həyatı və qorunmuş tarixi planı Hoksxedi turistlər üçün cazibədar məntəqəyə çevirib. Yerli sakinlərdən biri yazır:

"Daş küçələr bizi kiçik mağazalara, çörəkxanalara və butiklərə aparır. Kəndin mərkəzinə avtomobil girişi qadağandır, bu da gəzintiləri və Kamberiya mədəniyyətinə qərq olmağı daha da xoş edir. Bizim kəndə "Ozer ölkəsinin ən gözəl kəndi" deyirlər".

Başqa bir sakin, Klayv Vit, deyib: "Ozer bölgəsini düşündükdə ağlıma ilk gələn Hoksxed olur. Buraya 45 ildən çoxdur ki, gəlirəm – hətta bal ayımızı da burada keçirmişik. Bu kəndi yenidən görmək həmişə xoşdur".

"Choose Where” bələdçisinə görə, Hoksxed daha sakit və romantik İngiltərəyə addım atmaq kimidir. Kəndin toxunulmamış atmosferi, ədəbi irsi və təbii gözəlliklərə açılan qapısı onu unikal edir.

Hoksxed Koniston və Vindermer arasında yerləşir. Kəndə ictimai nəqliyyat vasitəsilə də gəlmək mümkündür – Stagecoach 505 nömrəli avtobus onu yaxın şəhərlərlə – Amblsayd, Koniston və Vindermerlə birləşdirir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->