Video 09:00 13.08.2020

Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşdi (VİDEO)

Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilib.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Lissabonun "Estadio da Luş" stadionunda "Atalanta" və PSJ üz-üzə gəlib.

Matçın 27-ci dəqiqəsində hesabı açan İtaliya klubu qələbəyə yaxın olsa da, Paris təmsilçisi görüşün sonlarında - 90 və 90+3-cü dəqiqədə vurduğu qollarla qalib gələrək yarımfinala çıxıb. Tomas Tuhelin komandası yarımfinalda bu gün keçirilən "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, PSJ tarixində ilk dəfə Çempionlar Liqasında yarımfinal oynayacaq.

12 avqust
Atalanta (İtaliya) - PSJ (Fransa) 1:2
Qollar: Pasaliç, 27 - Markinyos, 90. Çupo-Motinq, 90+3.