Video 09:06 10.04.2019

Çempionlar Liqasında İngiltərə gecəsi (VİDEO)

Çempionlar Liqasında mübarizə qaldığı yerdən davam edir. 

Qaynarinfo xəbər verir ki, 1/4 final mərhələsinə start verilib.

İlk gündə 2 görüş baş tutub. Maraqlıdı ki, hər iki oyun İngiltərədə olub.

Ötən mərhələdə "Bavariya"nı mübarizədən kənarlaşdıran "Liverpul" favorit göstərildiyi "Portu"ya qarşı ilk oyunu itkisiz başa vurub. Mersisaydlılar Keyta və Firiminonun ilk hissədə vurduğu iki qolla qələbə qazanıblar.

İngiltərə duelində isə turnirin qalibi olmağı hədəfləyən "Mançester Siti" çətin səfər sınağına çıxıb. "Tottenhem" yeni istifadəyə verilmiş stadionunda "şəhərlilər"i məyus etməyi bacarıb. Yeganə qolu koreyalı Son Hun Min vurub.

Çempionlar Liqası
1/4 final
İlk oyunlar

9 aprel
Tottenhem (İngiltərə) - Mançester Siti (İngiltərə) 0:0
Qol: Heunq-Min Son, 78.
London. "Tottenhem” stadionu.

 
Liverpul (İngiltərə) - Portu (Portuqaliya) 2:0
Qollar: Nabil Keyta, 5. Roberto Firmino, 26
Liverpul. "Enfild” stadionu.