Çempionlar Liqasında qrup mərhələsində daha 8 oyun

Çempionlar Liqasında qrup mərhələsində daha 8 oyun

Bu gün Çempionlar Liqasının qrup mərhələsində I turun digər oyunları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutacaq. 

"Qalatasaray" Belçikada "Brügge" ilə üz-üzə gələcək. A qrupunun digər matçında PSJ "Real"ı qəbul edəcək.

B qrupunun iddialı komandalarından "Bavariya" "Srvena Zvezda", "Tottenhem" isə "Olimpiakos"la qarşılaşacaq.

C qrupunda Zaqreb "Dinamo"su "Atalanta"nı, "Şaxtyor" "Mançester Siti"ni qəbul edəcək.

Nəhayət, D qrupunda "Yuventus" "Atletiko"nun, Moskva "Lokomotiv"i isə "Bayer"in qonağı olacaq.

 
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, 18 sentyabr

A Qrupu
20.55 Brügge (Belçika) - Qalatasaray (Türkiyə)
23.00 PSJ (Fransa) - Real Madrid (İspaniya)

B qrupu
20.55 Olimpiakos (Yunanıstan) - Tottenhem (İngiltərə)
23.00 Bavariya (Almaniya) - Srvena Zvezda (Serbiya)

C qrupu
23.00 Dinamo (Zaqreb, Xorvatiya) - Atalanta (İtaliya)
23.00 Şaxtyor (Donetsk, Ukrayna) - Mançester Siti (İngiltərə)

D qrupu
23.00 Atletiko (Madrid, İspaniya) - Yuventus (İtaliya)
23.00 Lokomotiv (Moskva) - Bayer (Leverkuzen, Almaniya)

XƏBƏRLƏR
BLOGLAR